Bu ilin 3 ayında Azərbaycanda 9 minə yaxın şəxsi heyvan dişlədi

17:42 - 01 May 2024

Bu ilin 3 ayında Azərbaycanda 9 minə yaxın şəxsi heyvan dişlədi

Bu ilin üç ayı ərzində Azərbaycanda 8 min 712 nəfər heyvan dişləməsinə məruz qalıb.

 

Manset.az xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib.

Qeyd olunub ki, bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 242 nəfər az olub. Bu ilki hadisələrin 4 min 788-i nəfəri məlum (it, pişik), 3 min 924 nəfəri isə naməlum heyvanlar (it, pişik, siçovul) dişləyib.

Həmçinin bildirib ki, bu il üçün ölkədə quduzluq hadisəsi qeydə alınmayıb. Ötən il isə bir belə hadisə baş verib.

Xatırladaq ki, ötən ilin üç ayı ərzində 8 min 954 heyvan dişləməsi qeydə alınıb. Bunlardan 5 min 124 hadisə məlum, 3 min 830 hadisə naməlum heyvanlar tərəfindən olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az