Binəqədi rayonunda rayonu ərazisində abadlıq-quruculuq işləri mərhələli şəkildə həyata keçirilir.
Manset.az-ın məlumatına görə, vətəndaşların rahat və maneəsiz gediş-gəlişini təmin etmək məqsədilə Biləcəri qəsəbəsi Ordubadi küçəsində 480 metr uzunluğunda yol asfaltlanıb. Qəsəbə icra nümayəndəliyi və Biləcəri bələdiyyəsi 19 kamaz asfalt qırıntısını qreyderlər vasitəsi ilə 2880 kaəvadrat metr yola yayaraq hamarlayıb.
Qeyd edək ki, rayonun digər qəsəbələrində də yol infrastrukturunun yenidən qurulması işləri aparılır, təmirə ehtiyacı olan küçələrdə və məhəllədaxili yollarda asfaltlanma işləri mərhələli şəkildə davam etdirilir.