Məşhur restoranlar şəbəkəsinin külli miqdarda vergi borcu yaranıb

16:58 - 04 İyun 2024

Məşhur restoranlar şəbəkəsinin külli miqdarda vergi borcu yaranıb

"50 qəpik" restoranlar şəbəkəsinin külli miqdarda vergi borcu yaranıb.

 

Manset.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, şəbəkənin yığılmış vergi borcu 68 500 manatı ötüb.

Vergi Məcəlləsinin 23-cü maddəsinə əsasən, vergi borcunun gecikdirilməsinə görə sanksiyalar nəzərdə tutulub.

Qeyd edək ki, "50 qəpik yemək bazarı" MMC 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Rəşid Süleyman oğlu Dadaşovdur.

Xatırladaq ki, şəbəkənin paytaxt ərazisində bir neçə restoranı mövcuddur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az