Sürücüləri çaş-baş salan lövhə: "Elə bildim ki, işıqfordur, işləmir" VİDEO

16:59 - 13 İyun 2024

Sürücüləri çaş-baş salan lövhə: \"Elə bildim ki, işıqfordur, işləmir\" VİDEO

Masazır- Saray-Novxanı yolunda avtomobillərin sürətini göstərən yeni elektron lövhə quraşdırılıb.


Manset.az xəbər verir ki, sözügedən yolda sürət həddi 90 km/saatdır. Bu hədd keçildiyi təqdirdə lövhədə qırmızı işıq yanır və bununla da sürücülərə sürət həddini azaltmaq barədə xəbərdarlıq edilir.

Baku TV-nin sorğusu əsasında məlum olub ki, bu yoldan istifadə edən sürücülərin bəziləri lövhənin nə işə yaradığından xəbərdar deyil.

"Bu lövhəni ilk dəfədir görürəm. Sürət həddini ölçür, amma nə işə yaradığını bilmirəm. Elə bildim ki, işıqfordur, işləmir", - deyə sürücülər bildiriblər.

Daha ətraflı videomaterialda:

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az