Xəbər verdiyimiz kimi sarı və narıncı xəbərdarlığa uyğun olaraq dünən ölkənin bir sıra bölgələrində güclü qərb küləyi əsib, leysan xarakterli yağış yağıb.
Manset.az xəbər verir ki, qeyri-sabit hava şəraitinin törətdiyi fəsadlara görə qərb bölgələrində elektrik enerjisinin verilməsində çətinlik yaranıb.
“Azərişıq” ASC qərb rayonlarında baş vermiş qəzaları aradan qaldırmaq üçün fasiləsiz çalışır. Ərazilərə göndərilən qəza xidmətinin əməkdaşları artıq yaranan problemləri aradan qaldırıb.