Bakıda yük avtomobilinin üzərindəki texnika yola düşdü

11:42 - 29 İyun 2024

Bakıda yük avtomobilinin üzərindəki texnika yola düşdü

Bakıda yük avtomobilinin üzərində olan texnika yolun hərəkət hissəsinə düşüb.


Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, hadisə paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionun yaxınlığında baş verib.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən yol polisinə məlumat verilib.

Hazırda sıxlığın yaranmaması, nəqliyyat vasitələrinin rahat hərəkətini təmin etmək məqsədilə tədbirlər görülür.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az