Metronun "28 May" stansiyasının qarşısındakı Cəfər Cabbarlı meydanında yenidənqurma işlərinə başlanılıb.
Manset.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) məlumat verilib.
Bildirilib ki, bu gündən əraziyə texnikalar cəlb olunub:
"Bu həftədən sözügedən ərazi hasara alınıb. İşlərin oktyabr ayının sonuna kimi yekunlaşacağı planlaşdırılır".