Amnistiya layihəsi Milli Məclisə daxil oldu

16:03 - 02 Noyabr 2021

Amnistiya layihəsi Milli Məclisə daxil oldu

Milli Məclisə Amnistiya aktı haqqında qərar layihəsi daxil olub.

Manset.az xəbər verir ki, noyabrın 5-də keçirilməsi nəzərdə tutulan iclasda Amnistiya Aktı müzakirə ediləcək. 

Qeyd edək ki, Amnistiya verilməsi Zəfər Günü bayramı ilə əlaqədardır. 

Xatırladaq ki, ölkədə sonuncu dəfə amnistiya aktı 2016-cı ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 28 May – Respublika günü münasibətilə verilib. Həmin Amnistiya aktı 10 min şəxsi əhatə edib. Növbəti Amnistiya aktının isə 15 min nəfərə yaxın şəxsi əhatə edəcəyi gözlənilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az