Zakir Həsənov yüksək vəzifəli polkovnik-leytenantı işdən çıxardı

09:58 - 10 Noyabr 2021

Zakir Həsənov yüksək vəzifəli polkovnik-leytenantı işdən çıxardı

"Azərbaycan Ordusu" qəzetinin baş redaktoru polkovnik-leytenant İlham Behbudov vəzifəsindən azad olunub.



Manset.az xəbər verir ki, bununla bağlı müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

Əmrə əsasən, İ.Behbudov işdən çıxarılmaqla yanaşı, Silahlı Qüvvələr sıralarından da tərxis olunub.

Hələlik "Azərbaycan Ordusu" qəzetinə yeni baş redaktor təyin edilməyib. Bu vəzifənin icrası müvəqqəti olaraq kapitan Məhəmməd Nəsirliyə həvalə olunub.

Müdafiə Nazirliyindən faktı "Report"a təsdiqləyiblər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az