Hakimliyə namizədlər Türkiyədə təlim səfərində iştirak ediblər - FOTO

12:34 - 16 Dekabr 2024

Hakimliyə namizədlər Türkiyədə təlim səfərində iştirak ediblər - FOTO

Hakimliyə namizədlərin biliklərinin artırılması, eyni zamanda xarici ölkələrin məhkəmə təcrübələrinin öyrənilməsi məqsədilə tədbirlər görülür.

 

Manset.az Məhkəmə-Hüquq Şurasına istinadən xəbər verir ki, yazılı və şifahi imtahandan müvəffəqiyyətlə keçmiş və ilkin uzunmüddətli tədris kurslarına göndərilən 30 nəfər hakimliyə namizəd Hakimlərin Seçki Komitəsinin üzvləri - Şirvan Apellyasiya Məhkəməsinin hakimi Orxan İsmayılovun və Ədliyyə Akademiyasının prorektoru Elçin Xələfovun, Məhkəmə-Hüquq Şurası Aparatının Katiblik və insan resursları şöbəsinin müdiri Samir İsmayılın iştirakı ilə cari ilin 8-14 dekabr tarixlərində Türkiyə Respublikasının Ankara şəhərində təlim səfərində olublar.

Nümayəndə heyəti Ankara şəhərində yerləşən Heydər Əliyev parkında Ulu Öndərin abidəsini və Qazi Mustafa Kamal Atatürkün məzarını - Anıtqəbiri ziyarət edib.

Türkiyənin Ədliyyə Akademiyasında keçirilən təlimlərdə hakimliyə namizədlərə Türkiyənin hüquq sistemi, hakimlərin statusu, ixtisaslaşmış məhkəmələrin, habelə ədliyyə, prokurorluq orqanlarının fəaliyyəti, aparılan hüquq islahatları barədə geniş məlumat verilib. Hüququn müxtəlif sahələrinə dair hakimlərin məruzələri dinlənilib.

Səfər çərçivəsində hakimliyə namizədlər və nümayəndə heyəti Türkiyə Respublikasının Konstitusiya Məhkəməsində, Ali Məhkəmədə, Hakimlər və Prokurorlar Şurasında, Qərbi Ankara Ədliyyə Sarayında fəaliyyət göstərən məhkəmələri və müvafiq qurumları ziyarət edib, yaradılan şəraitlə tanış olublar.

Eyni zamanda namizədlərin asudə vaxtlarının səmərəli təşkili və dünya görüşlərinin artırılması məqsədilə Türkiyənin turizim mərkəzlərinə və tarixi abidələrinə də ziyarəti təşkil edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az