Bakıya sulu qar yağacaq – XƏBƏRDARLIQ

17:32 - 17 Dekabr 2024

Bakıya sulu qar yağacaq – XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında dekabrın 18-i axşamdan 19-u gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.


Milli Hidrometeorologiya Xidmətindən Manset.az-a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, axşam və gecə yarımadanın bəzi yerlərində sulu qara keçəcəyi ehtimalı var.

Azərbaycanın rayonlarında da dekabrın 18-i səhər dağlıq ərazilərdən başlayaraq 19-u gündüzədək bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı -ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az