İki ay əvvəl gənc bacısını itirən elm və təhsil nazirinin köməkçisi Taleh Əhmədova daha bir ağır itki üz verib.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, onun atası Valeh Əhmədov da vəfat edib.
V.Əhmədovun səhhətinin qızının ölümündən sonra ağırlaşdığı və xəstəlik səbəbindən dünyasını dəyişdiyi bildirilib.
Qeyd edək ki, oktyabrın 28-də T.Əhmədovun bacısı 1985-ci il təvəllüdlü Günel Abdullayeva Xaçmazda göbələkdən zəhərlənərək ölüb. O, Xaçmazın Seyidli kəndində rəfiqəsi 1977-ci il təvəllüdlü İlahə Bayramova ilə birlikdə meşədə göbələk yedikdən sonra hər ikisinin halı pisləşib. Xəstəxanaya aparılan zaman İ.Bayramova yolda vəfat edib. Həkimlərin səyinə baxmayaraq, G.Abdullayevanın da həyatını xilas etmək mümkün olmayıb.