Bu yaşayış məntəqələrində qaz kəsiləcək - XƏBƏRDARLIQ

19:22 - 21 Dekabr 2024

Bu yaşayış məntəqələrində qaz kəsiləcək - XƏBƏRDARLIQ

İmişli rayonunun iki yaşayış məntəqəsində qaz kəsiləcək.

 

Manset.az xəbər verir ki, rayonun Bəhrəmtəpə qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsinə təbii qazın verilməsi məqsədilə yeni çəkilmiş qaz kəmərinin təbii qaz təchizatı mənbəyinə qoşulması ilə əlaqədar olaraq, 23 dekabr saat 14:00-dan etibarən işlər yekunlaşanadək İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsi və Qaragüvəndikli kəndində (ümumi 1467 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.

Abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş olunur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az