Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) “HALAL” uyğunluq sertifikatını almış “Siyəzən Broyler” Açıq Səhmdar Cəmiyyətinə (ASC) media subyektlərinin nümayəndələri üçün mediatur təşkil olunub.
Manset.az xəbər verir ki, mediatur çərçivəsində bildirilib ki, bir müddət əvvəl Siyəzən rayonunda fəaliyyət göstərən “Siyəzən Broyler” ASC “HALAL” sertifikatlaşma ilə bağlı AQTİ-yə müraciət edib. Bu müraciət əsasında Cəmiyyətə aid olan ev quşlarının kəsimi və emalı müəssisələrində qiymətləndirmə fəaliyyətləri həyata keçirilib. Qiymətləndirmələr nəticəsində qənaətbəxş nəticə əldə edən qida subyektinə 3 illik etibarlılığa malik “HALAL” uyğunluq sertifikatı təqdim olunub. Bu da ilk növbədə müəssisənin məhsullarına etibarlılığı, eləcə də istehsal və ixrac imkanlarını artırır.
AQTİ Türkiyə Respublikasının Halal Akkreditasiya Qurumu (HAK) tərəfindən akkreditasiya edilib. Bununla da, institut beynəlxalq akkreditasiya tələblərinə cavab verən “HALAL” uyğunluq sertifikatını təqdim etmək hüququna sahib olub. Akkreditasiya prosesi İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunun (SMIIC) “OIC/SMIIC 2:2019 Uyğunluğun qiymətləndirilməsi - “HALAL” sertifikatlaşmanı həyata keçirən orqanlar üçün tələblər” standartının əsasında yerinə yetirilib. Bildirilib ki, “HALAL” uyğunluq sertifikatlaşması qida məhsullarının İslam qaydalarına uyğun istehsalını və istehlaka hazır olduğunu göstərən xidmət növüdür. Bu xidmət məhsulların müvafiq standart və şərtlər əsasında istehsal edildiyini və etibarlı şəkildə istehlak olunmasını təmin edir. İştirakçılara halal sertifikatlaşma prosesinin mərhələləri və kateqoriyaları haqqında da məlumat verilib. Eyni zamanda hazırda “HALAL” sertifikatlaşma ilə bağlı instituta müraciət etmiş müəssisələrlə bağlı müvafiq işlərin həyata keçirildiyi diqqətə çatdırılıb.
Görüşdən sonra jurnalistlər müəssisənin fəaliyyəti ilə tanış olublar. Onlar xammalın yoxlanılması, quşların kəsimi və məhsulun emalı proseslərini izləyiblər. Bildirilib ki, müəssisədə quşların yemləndirilməsi xüsusi qaydada aparılır, yem və yem əlavələrinə daim nəzarət edilir. Kəsim üçün quşlar seçilərkən isə müvafiq qaydalar, o cümlədən də onların sağlamlığı və təmizliyi əsas götürülür. Kəsimdən əvvəl quşlar baytarlıq nəzarətindən keçirilir. Quşların kəsimi də müvafiq qaydalara uyğun aparılır. Bu zaman kəsim alətlərinin uyğunluğu və təmizliyi də nəzərə alınır. Məhsulun emalı zamanı qanın axıdılması və təmizləmə prosedurları yoxlanılır. İstehsal prosesində qanın məhsula qarışmasının qarşısını almaq üçün müvafiq tədbirlər görülür, qida təhlükəsizliyi təmin olunur.
Mediatur çərçivəsində mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.
“Siyəzən Broyler” ASC-də jurnalistlər üçün mediatur təşkil olunub - FOTOLAR
15:04 - 25 Dekabr 2024
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
15 Avqust 2026 - 13:50
Emin Ağalarovdan "Sea Breeze"dəki hadisə ilə bağlı AÇIQLAMA
15 Avqust 2026 - 12:48
Zubir “Qarabağ”dan ayrıldı
15 Avqust 2026 - 22:00
Azərbaycanda AĞIR QƏZA - Ölənlər var
15 Avqust 2026 - 22:19
“28 May” NMM-də avtobusların dayanacaq yerləri dəyişdirildi
15 Avqust 2026 - 23:28
Gəncədə Nuran üçün izdiham yarandı - VİDEO
15 Avqust 2026 - 22:51
Beyləqanda qadın su kanalında batdı
15 Avqust 2026 - 15:16
Xətlərin ayrılması Bakının nəqliyyat mənzərəsini necə dəyişəcək?
15 Avqust 2026 - 23:34
Bakıda müəllim küçədə yatdı - Hər şeyi oğurlandı
15 Avqust 2026 - 22:36
Dövlət Departamenti 907-ci düzəlişlə bağlı Konqresə bildiriş göndərdi
15 Avqust 2026 - 21:47
"Araz-Naxçıvan" - "İmişli" oyununda qalib müəyyənləşmədi
15 Avqust 2026 - 21:32
Azərbaycan XİN İndoneziyaya başsağlığı verdi
15 Avqust 2026 - 23:17
"Sabah" "Kəpəz"i məğlub etdi
Xəbər xətti
- 16 Avqust 2026
- 09:15 “Ford” elektrik dirəyinə çırpıldı - 25 yaşlı kişi öldü
- 09:00 İran və Oman Hörmüz boğazından gəmilərin keçidi üzrə marşrutu razılaşdırdı
- 08:30 Təzyiqi ölçmək üçün hansı qol daha yaxşıdır?
- 08:00 Alimlərdən yuxu üçün vacib tövsiyə - Şam yeməyini erkən yeyin
- 01:30 Yayda hər şey yemək olmaz
- 00:30 “Qalatasaray”a "yox" dedi
- 15 Avqust 2026
- 23:53 Cənubi Koreya prezidenti KXDR-ə daimi sülh təklif etdi
- 23:34 Bakıda müəllim küçədə yatdı - Hər şeyi oğurlandı
- 23:28 Gəncədə Nuran üçün izdiham yarandı - VİDEO
- 23:17 "Sabah" "Kəpəz"i məğlub etdi
- 22:51 Beyləqanda qadın su kanalında batdı
- 22:36 Dövlət Departamenti 907-ci düzəlişlə bağlı Konqresə bildiriş göndərdi
- 22:19 “28 May” NMM-də avtobusların dayanacaq yerləri dəyişdirildi
- 22:00 Azərbaycanda AĞIR QƏZA - Ölənlər var
- 21:47 "Araz-Naxçıvan" - "İmişli" oyununda qalib müəyyənləşmədi
- 21:32 Azərbaycan XİN İndoneziyaya başsağlığı verdi
- 21:16 Ərdoğan yaxın vaxtlarda Suriyaya səfər edəcək
- 20:54 Bakıda daha bir həyətdən meyit tapıldı
- 20:33 ABŞ-də universitet kampusunda atışma - 5 yaralı var
- 20:14 İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu
- 19:53 "Trampın F-35 vədini yerinə yetirməsini gözləyirik"
- 19:36 "Araz-Naxçıvan"da yeni baş məşqçi təyinatı
- 19:18 Astarada kişi ağacdan yıxıldı - Öldü
- 18:52 "İran və Oman razılığa gəldi"
- 18:35 Sabah çimərliklərdə hava necə olacaq?
- 18:17 Ucarda maşınlar toqquşdu - Yaralılar var
- 17:54 Kafedra müdiri vəfat etdi - FOTO
- 17:32 Bu gün Bakının 556 küçəsi yuyuldu - FOTOLAR
- 17:17 Nərimanovda mağazadan oğurluq edən şəxs saxlanıldı
- 16:52 Sumatranın şimalında güclü zəlzələ oldu
- 16:32 “Amay”da öldürülən şəxs iş adamı imiş - FOTOLAR
- 16:14 PSJ Ferran Torresin transferini rəsmən açıqladı
- 15:52 İsrailin Livana hücumlarında 7 nəfər öldü
- 15:31 Ağdaşda VAZ su kanalına düşdü
- 15:16 Xətlərin ayrılması Bakının nəqliyyat mənzərəsini necə dəyişəcək?
- 14:51 Güclü külək əsəcək - XƏBƏRDARLIQ
- 14:14 Azərbaycanda AĞIR QƏZA - Ölən var
- 13:59 10 kq narkotik dövriyyədən çıxarıldı
- 13:50 Emin Ağalarovdan "Sea Breeze"dəki hadisə ilə bağlı AÇIQLAMA
- 13:32 Bazar günü hava necə olacaq?
- 13:15 Xaçmazda bir gündə 2 ata övladını bıçaqladı
- 12:48 Zubir “Qarabağ”dan ayrıldı
- 12:23 Masallıda əməliyyat keçirildi - 9 kq narkotik aşkarlandı
- 12:15 Tbilisidə güclü yağış: Küçələri su basdı - VİDEO
- 12:05 Bakıda yük maşınında olan alçıpanlar "Hyundai"ın üzərinə aşdı - VİDEO
- 11:28 Bu rayonlara yağış yağır
- 11:03 Qanunsuz saxlanılan silahlar aşkar edildi
- 10:42 Bakıda mağazada uçqun: Qadın dağıntılar altında qaldı - VİDEO
- 10:20 Neftimiz bu gün neçəyə satılır?
- 09:58 Çimərliklərə gedənlərə XƏBƏRDARLIQ
- 09:37 Bu gün 2 görüş var - Misli Premyer Liqası