Təyyarə qəzasından zərərçəkənlərə bu qədər kompensasiya veriləcək - RƏSMİ

20:56 - 26 Dekabr 2024

Təyyarə qəzasından zərərçəkənlərə bu qədər kompensasiya veriləcək - RƏSMİ

AZAL-a məxsus sərnuişin təyyarə qəzasında həlak olanların ailələrinə 40 min manat ödəniləcək.

 

Manset.az xəbər verir ki, “Azərbaycan Hava Yolları” QSC-nin Müşahidə Şurasının qərarı ilə dekabrın 25-də Qazaxıstanın Aktau şəhərində qəzaya uğramış “Azərbaycan Hava Yolları” Sərnişin Aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində olan və xəsarət alanların hər birinə 20.000 manat, vəfat edənlərin hər birinin ailəsinə isə 40.000 manat kompensasiya ödənilməsi müəyyən edilmişdir.

Bununla yanaşı, bütün sərnişinlər Azərbaycan Respublikası qanunvericiliyinə və qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq tətbiq edilən müvafiq sığorta ödənişi alacaqlar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az