"Sərnişin təyyarəsinin vurulması, üstəlik də vurulmuş təyyarənin ən yaxın aeoroportlar tərəfindən qəbul edilməməsi, təcili enişə icazə verilməməsi qeyri-insani hərəkət və cinayət əməlidir. Bu mənim şəxsi fikrimdir. Təbii ki, istintaq aparılacaq, təyyarənin hansı şəraitdə vurulduğu, qəzanın baş vermə səbəbləri bilinəcək, aydınlaşacaq. Mənim şəxsi fikrim budur və ilkin tədqiqatlardan da görünür ki, təyyarə Qroznı səmasında raket hücumuna məruz qalıb, vurulub. Vuranlar da başa düşüblər ki sərnişin təyyarəsini vurublar, izi itirmək üçün onu Qroznı yaxınlığındakı 5 aeroportun heç birinə qəbul etməyiblər".
Manset.az Demokrat.az-a istinadən xəbər verir ki, bu fikirləri açıqlamasında AZAL-ın sabiq prezidenti Ədalət Əliyev bildirib. O qeyd edib ki, Qroznı aeroportu da daxil olmaqla nə Mahaçqala, nə Həştərxan, nə Mineralnıyı Vodı, nə də Stavropol aeroportu təyyarəni qəbul edib:
"Pilotlarla dispetçerin danışıqları var. Pilot deyir idarəetməni itirmişik, amma dispetçer təyyarənin enişinə icazə vermir. Bunu bilərəkdən, qəsdən ediblər ki, təyyarə dənizə düşsün, iz itsin. Qəhrəman pilotlarımız qəzalı təyyarəni ən ağır şəraitdə 1 saata yaxın idarə edib Xəzər dənizi üzərindən Qazaxıstana – Aktauya yönəldiblər. Hesab edirəm ki, AZAL şirkəti və Azərbaycan dövləti Beynəlxalq Mülki Aviasiya Təşkilatı qarşısında vəsatət qaldırmalı, Rusiya Havaçılıq İdarəsinin bu qeyri-insani yanaşmasına hüquqi qiymət verilməsini tələb etməlidir".
Ə.Əliyev söyləyib ki, Qroznı hazırda döyüş zonası hesab edilir:
"Rusiya hava sahəsini uçuşlar üçün qapalı elan etməliydi. Qroznıya sərnişin təyyarəsi göndərmək düzgün deyil. Rusiyanın hər tərəfinə uçuşlar dayandırılmalıdır".
Ə.Əliyev təyyarədə qəzanın başvermə səbəblərini də izah etdi:
"Təyyarənin vurulması nəticəsində əmələ gələn dəliklərdən salona hava axını daxil olub. Təyyarə salonunda hava yerdəki atmosferə uyğun olur ki, sərnişinlər rahat nəfəs ala bilsin. Amma dəliklərdən hava axını içəri daxil olduğundan hava balansı pozulub, sərnişinlər özlərini pis hiss etməyə başlayıb, hava balonlarından istifadə ediblər. Pilotlar təyyarəni hidromexaniki üsullarla idarə etmək məcburiyyətində qalıb. Bu, çox çətin, həddindən artıq ağır işdir".
AZAL-ın sabiq prezidenti onu da vurğulayıb ki, pilotlarımızın ustalığı və qəhrəmanlığı sayəsində təyyarə yerə endirilib və sərnişinlərin hamısı həlak olmayıb:
"Mən o kapitanı da tanıyıram, gənc pilota da dərs demişəm. Onlar peşəkar pilotlar idi. Ümumiyyətlə, Azərbaycan pilotları ağır hava şəraitində çalışmağı bacarırlar. Çox heyifslənirəm ki, bu faciə baş verdi. Amma faciəyə səbəb olanlar üzr istəməyi belə özlərinə rəva görmürlər".
"Pilot deyir idarəetməni itirmişik, amma dispetçer təyyarənin enişinə icazə vermir..." - AZAL-ın sabiq prezidenti qəzadan DANIŞDI
15:14 - 27 Dekabr 2024
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
15 Avqust 2026 - 13:50
Emin Ağalarovdan "Sea Breeze"dəki hadisə ilə bağlı AÇIQLAMA
15 Avqust 2026 - 09:22
"Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırıldı
15 Avqust 2026 - 12:48
Zubir “Qarabağ”dan ayrıldı
15 Avqust 2026 - 15:16
Xətlərin ayrılması Bakının nəqliyyat mənzərəsini necə dəyişəcək?
15 Avqust 2026 - 22:00
Azərbaycanda AĞIR QƏZA - Ölənlər var
15 Avqust 2026 - 09:01
Manatın dövriyyəyə buraxılmasından 34 il keçir
15 Avqust 2026 - 22:19
“28 May” NMM-də avtobusların dayanacaq yerləri dəyişdirildi
15 Avqust 2026 - 21:32
Azərbaycan XİN İndoneziyaya başsağlığı verdi
15 Avqust 2026 - 21:47
"Araz-Naxçıvan" - "İmişli" oyununda qalib müəyyənləşmədi
15 Avqust 2026 - 16:32
“Amay”da öldürülən şəxs iş adamı imiş - FOTOLAR
15 Avqust 2026 - 23:28
Gəncədə Nuran üçün izdiham yarandı - VİDEO
15 Avqust 2026 - 22:51
Beyləqanda qadın su kanalında batdı
Xəbər xətti
- 16 Avqust 2026
- 01:30 Yayda hər şey yemək olmaz
- 00:30 “Qalatasaray”a "yox" dedi
- 15 Avqust 2026
- 23:53 Cənubi Koreya prezidenti KXDR-ə daimi sülh təklif etdi
- 23:34 Bakıda müəllim küçədə yatdı - Hər şeyi oğurlandı
- 23:28 Gəncədə Nuran üçün izdiham yarandı - VİDEO
- 23:17 "Sabah" "Kəpəz"i məğlub etdi
- 22:51 Beyləqanda qadın su kanalında batdı
- 22:36 Dövlət Departamenti 907-ci düzəlişlə bağlı Konqresə bildiriş göndərdi
- 22:19 “28 May” NMM-də avtobusların dayanacaq yerləri dəyişdirildi
- 22:00 Azərbaycanda AĞIR QƏZA - Ölənlər var
- 21:47 "Araz-Naxçıvan" - "İmişli" oyununda qalib müəyyənləşmədi
- 21:32 Azərbaycan XİN İndoneziyaya başsağlığı verdi
- 21:16 Ərdoğan yaxın vaxtlarda Suriyaya səfər edəcək
- 20:54 Bakıda daha bir həyətdən meyit tapıldı
- 20:33 ABŞ-də universitet kampusunda atışma - 5 yaralı var
- 20:14 İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu
- 19:53 "Trampın F-35 vədini yerinə yetirməsini gözləyirik"
- 19:36 "Araz-Naxçıvan"da yeni baş məşqçi təyinatı
- 19:18 Astarada kişi ağacdan yıxıldı - Öldü
- 18:52 "İran və Oman razılığa gəldi"
- 18:35 Sabah çimərliklərdə hava necə olacaq?
- 18:17 Ucarda maşınlar toqquşdu - Yaralılar var
- 17:54 Kafedra müdiri vəfat etdi - FOTO
- 17:32 Bu gün Bakının 556 küçəsi yuyuldu - FOTOLAR
- 17:17 Nərimanovda mağazadan oğurluq edən şəxs saxlanıldı
- 16:52 Sumatranın şimalında güclü zəlzələ oldu
- 16:32 “Amay”da öldürülən şəxs iş adamı imiş - FOTOLAR
- 16:14 PSJ Ferran Torresin transferini rəsmən açıqladı
- 15:52 İsrailin Livana hücumlarında 7 nəfər öldü
- 15:31 Ağdaşda VAZ su kanalına düşdü
- 15:16 Xətlərin ayrılması Bakının nəqliyyat mənzərəsini necə dəyişəcək?
- 14:51 Güclü külək əsəcək - XƏBƏRDARLIQ
- 14:14 Azərbaycanda AĞIR QƏZA - Ölən var
- 13:59 10 kq narkotik dövriyyədən çıxarıldı
- 13:50 Emin Ağalarovdan "Sea Breeze"dəki hadisə ilə bağlı AÇIQLAMA
- 13:32 Bazar günü hava necə olacaq?
- 13:15 Xaçmazda bir gündə 2 ata övladını bıçaqladı
- 12:48 Zubir “Qarabağ”dan ayrıldı
- 12:23 Masallıda əməliyyat keçirildi - 9 kq narkotik aşkarlandı
- 12:15 Tbilisidə güclü yağış: Küçələri su basdı - VİDEO
- 12:05 Bakıda yük maşınında olan alçıpanlar "Hyundai"ın üzərinə aşdı - VİDEO
- 11:28 Bu rayonlara yağış yağır
- 11:03 Qanunsuz saxlanılan silahlar aşkar edildi
- 10:42 Bakıda mağazada uçqun: Qadın dağıntılar altında qaldı - VİDEO
- 10:20 Neftimiz bu gün neçəyə satılır?
- 09:58 Çimərliklərə gedənlərə XƏBƏRDARLIQ
- 09:37 Bu gün 2 görüş var - Misli Premyer Liqası
- 09:22 "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırıldı
- 09:01 Manatın dövriyyəyə buraxılmasından 34 il keçir
- 08:30 Qazlı su arıqlamağa kömək edir?
- 08:00 Ünsiyyətdən sonra tək qalmaq istəyi nəyi göstərir? - Psixoloqlar izah edir