Azərbaycan YUNESKO-nun İcraiyyə Şurasına üzv seçildi

20:29 - 17 Noyabr 2021

Azərbaycan YUNESKO-nun İcraiyyə Şurasına üzv seçildi

Azərbaycan YUNESKO Baş Konfransının 41-ci sessiyası çərçivəsində qurumun İcraiyyə Şurasına üzv seçilib.

Manşet.az xəbər verir ki, sessiya çərçivəsində qurumun İcra Şurası üzvlüyünə seçkilər keçirilib.

Azərbaycan YUNESKO-nun ikinci seçki qrupundan qurumun İcraiyyə Şurası üzvlüyünə namizədliyini irəli sürüb.

YUNESKO Baş Konfransının 41-ci sessiyası çərçivəsində keçirilmiş seçkilərdə Azərbaycan səs çoxluğu ilə 2021-2025-ci illər üçün İcraiyyə Şurasına üzv seçilib.

Xatırladaq ki, Azərbaycan 2005-2009-cu illərdə də YUNESKO İcraiyyə Şurasının üzvü olub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az