Azərbaycanda məktəb direktorunun meyiti tapıldı - FOTO

14:16 - 29 Dekabr 2024

Azərbaycanda məktəb direktorunun meyiti tapıldı - FOTO

Xızı rayonunda 65 yaşlı kişinin meyiti direktor işlədiyi məktəbdən tapılıb.

 

Manset.az Report-a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Fazil İsmayıl oğlu Məmmədovun ölüm səbəbi hələ ki məlum deyil.

Abşeron-Xızı Regional Təhsil İdarəsindən "Report"un sorğusuna cavab olaraq bildirib ki, səhər saatlarında Xızı şəhər tam orta məktəbin direktoru Fazil Məmmədov vəfat edib, aidiyyəti qurumlara məlumat verilib:

"Hadisə barədə dərhal aidiyyəti qurumlara məlumat verilib, hazırda hüquq-mühafizə orqanları məsələ ilə bağlı araşdırma aparır. Tibbi-ekspertiza yekunlaşdıqdan sonra ölümün dəqiq səbəbləri məlum olacaq".

Faktla bağlı Xızı Rayon Prokurorluğunda araşdırma aparılır.

Direktorun meyiti işlədiyi məktəbdən tapıldı


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az