Şəhid Ümüd Niftəliyevin cənazəsi Naxçıvana yola salındı (FOTO - VİDEO)

11:05 - 18 Noyabr 2021

Şəhid Ümüd Niftəliyevin cənazəsi Naxçıvana yola salındı (FOTO - VİDEO)

Noyabrın 16-da Ermənistanın sərhəddə törətdiyi təxribat nəticəsində şəhid olan leytenant Ümüd Niftəliyevin cənazəsi doğulduğu Naxçıvana yola salınıb.

Manşet.az xəbər verir ki, bu gün Bakıda Ü.Niftəliyevlə hərbçi yoldaşlarının vida mərasimi keçirilib. Onun cənazəsi hərbi qarovulun müşayiəti ilə Naxçıvan Muxtar Respublikasına yola salınıb. Şəhidimizin nəşi bu gün ailəsinə təhvil veriləcək.

Leytenant Ümüd Niftəliyev Naxçıvanın Babək rayonunun Nehrəm kəndindəndir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az