Formula 1 Azərbaycan Qran-prisinin vaxtı açıqlandı

11:31 - 02 Yanvar 2025

Formula 1 Azərbaycan Qran-prisinin vaxtı açıqlandı

Beynəlxalq Avtomobil Federasiyası (FIA) Formula 1 üzrə 2025-ci il dünya çempionatının təqvimini açıqlayıb.

 

Manset.az FIA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Qran-prisinin də vaxtı bəlli olub.

Bakının 9-cu dəfə ev sahibliyi edəcəyi sürət yarışı sentyabrın 19-21-də reallaşacaq. Bu, mövsümün 17-ci Qran-prisi olacaq.

Martın 14-də Avstraliyada start götürəcək mövsümə dekabrın 5-7-də keçiriləcək Abu-Dabi Qran-prisi ilə yekun vurulacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az