Azərbaycanda 9 dərəcəyədək şaxta olub

11:59 - 04 Yanvar 2025

Azərbaycanda 9 dərəcəyədək şaxta olub

Azərbaycanda yanvarın 4-ü saat 10:00-a olan faktiki hava açıqlanıb.


Milli Hidrometeorologiya Xidmətindən Manset.az-a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

Xaçmaz, Neftçalada duman müşahidə olunub. Daşkəsəndə qərb küləyi əsib, arabir 15-20 m/s-dək güclənib.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 9 dərəcəyədək isti, Aran rayonlarında 3 dərəcə şaxtadan 3 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 9 dərəcəyədək şaxta qeydə alınıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az