Türkiyə Azərbaycan hərbçilərinin də iştirak etdiyi təlimdən GÖRÜNTÜLƏR

21:50 - 31 Yanvar 2025

Türkiyə Azərbaycan hərbçilərinin də iştirak etdiyi təlimdən GÖRÜNTÜLƏR

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanın da iştirak etdiyi “Qış təlimi-2025” hərbi təlimlərindən yeni görüntülər paylaşıb.

 

Manset.az xəbər verir ki, bu barədə nazirliyin “X” hesabında paylaşım edilib.

“Bizi nə qar, nə şiddətli soyuq, nə də çətin relyef dayandıra bilər. Qar, soyuq və çətinliklər qarşısında birləşən güc hər zaman hədəfə çatar. Dost və müttəfiqlərlə qışın sərtliyinə baxmayaraq, hədəfləri vurmağa davam edirik. Yanvarın 20-də Qarsda başlayan, dost və müttəfiq ölkələrin də iştirak etdiyi “Qış təlimi-2025” uğurla davam edir”, - paylaşımda bildirilib.

Qeyd edək ki, müxtəlif ölkələrdən 12 mindən çox hərbçinin iştirak etdiyi təlimlərdə Azərbaycan da şəxsi heyətlə təmsil olunur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az