Lüksemburqda işləyən azərbaycanlının meyiti tapıldı - FOTO

11:15 - 01 Fevral 2025

Lüksemburqda işləyən azərbaycanlının meyiti tapıldı - FOTO

Lüksemburqda yaşayan azərbaycanlı auditor Vüqar Cəfərovun meyiti tapılıb.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, iki ilə yaxındır, “PWC” audit və konsaltinq şirkətinin bu ölkədəki ofisində çalışan 32 yaşlı Vüqarın hansı səbəbdən həyatını itirməsi hələlik məlum deyil.

Faktla bağlı Lüksemburqun aidiyyəti orqanları tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, Vüqar Cəfərov UNEC-dən məzun olduqdan sonra müxtəlif şirkətlərdə maliyyə sahəsində çalışıb. O, 2 ilə yaxın imiş ki, Lüksemburqa köçübmüş.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az