Bakıda qiraətçi faciəvi şəkildə öldü 

10:25 - 01 May 2025

Bakıda qiraətçi faciəvi şəkildə öldü 

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Yasamal rayonu Akim Abbasov küçəsində yaşayan Şəhruz Faiq oğlu Tapdıqov dəm qazından boğularaq ölüb. Belə ki, o, hamam otağında olarkən içəriyə dəm qazı sızıb. Nəticədə Ş.Tapdıqov vəfat edib.

Qeyd edək ki, Ş.Tapdıqov SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunda çalışırmış. O həm də yutubda müxtəlif şairlərin şeirlərini səsləndirirmiş.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv