Mütəxəssislər günəş yanığı ilə bağlı ciddi xəbərdarlıq ediblər.
Manset.az-ın məlumatına görə, bu barədə İngiltərədə Melanoma Focus xeyriyyə təşkilatı araşdırma aparıb.
Aparılan tədqiqatda məlum olub ki, hər iki nəfərdən biri ildə ən azı bir dəfə günəş yanığı yaşayır və bu, melanoma kimi ölümcül dəri xərçəngi riskini ikiqat artırır.
Araşdırma göstərib ki, 18-32 yaş arası gənclər ən riskli qrup kimi müəyyənləşdirib. Gənclərin 65 faizi ildə ən azı bir dəfə günəş yanığına məruz qalır.
Sorğular nəticəsində isə məlum olub ki, insanların üçdə biri isti havalarda, kişilərin isə 42 faizi günəşdən qoruyucu kremdən ümumiyyətlə, istifadə etmir.
Ekspertlər bu riskin qarşısını almaq üçün kölgədə qalmağı, şapka taxmağı, ən az SPF 30 tərkibli günəş kremindən istifadə etməyi və günün ən isti saatlarında günəşdən uzaq durmağı tövsiyə edir.