“Azərsun Holdinq”in yeni rəhbəri o oldu - FOTO

19:39 - 02 May 2025

“Azərsun Holdinq”in yeni rəhbəri o oldu - FOTO

“Azərsun Holdinq”in Müşahidə Şurasının yeni sədri müəyyənləşib.


Manset.az xəbər verir ki, bu vəzifəyə Ahmad Gozal gətirilib.

Bu ilin yanvarında dünyasını dəyişən Abdolbari Gozalin oğlu olan Ahmad Gozal 2006-cı ildə Bilkent Universitetinin menecment ixtisası üzrə məzunu olub. 

Elə həmin ildən etibarən “Azərsun Holdinq”in idarəetməsində yaxından iştirak edib. 

Şirkətlər qrupunun müxtəlif strukturlarında fəaliyyət göstərdikdən sonra 2018-ci ildən etibarən “Azərsun Holdinq”in Müşahidə Şurasının sədr müavini və Holdinqin təftiş komissiyasının sədri təyin edilib. 2022-ci ildən etibarən Azərbaycan Sənaye Bankı ASC-nin Müşahidə Şurasının sədri vəzifəsini icra edir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv