Mütəxəssislər astmanın dünya üzrə geniş yayılmış və ciddi fəsadlar törədə bilən tənəffüs yolu xəstəliyi olduğunu bildirirlər.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, xəstəlik öskürək, nəfəs darlığı ilə müşahidə olunur və müalicə ilə nəzarət altına alınması mümkündür.
Həkimlər qeyd edir ki, müalicəyə laqeyd yanaşmaq iş qabiliyyətinin azalmasına, həyat keyfiyyətin pisləşməsinə və psixoloji gərginliyə səbəb ola bilər. Xüsusilə yaz və payız aylarında allergenlərin təsiri ilə astma tutmaları artır.