Məşhur tiktoker azadlığa buraxıldı - FOTO

16:38 - 04 İyun 2025

Məşhur tiktoker azadlığa buraxıldı - FOTO

"Xozeyn" ləqəbli tiktoker Vüqar Kərimov azadlığa buraxılıb.


Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə vəkil Yusif Seyfəlov məlumat verib.

Vəkil bildirib ki, Vüqar Kərimovun ev dustaqlığına buraxılması ilə bağlı məhkəməyə vəsatət verilib. Nərimanov rayon Məhkəməsinin qərarı ilə vəsatət təmin edilib və tiktoker ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, tiktoker Vüqar Kərimov polis tərəfindən saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham irəli sürülüb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv