Sabah Abşeron rayonunun bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, Abşeron rayonunun Masazır qəsəbəsi, "Qurtuluş 93" ərazisində qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğvi ilə əlaqədar saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Xırdalan şəhərində yerləşən "Kristal Abşeron 1" və "Park Xırdalan" yaşayış komplekslərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
***
19:31
Hacıqabul rayonunun altı kəndində 1 545 abonentin qaz təchizatında fasilə yaranacaq.
Manset.az xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.
Bildirilb ki, "Muğan Kənd" ölçü qovşağından qidalanan, diametri 225 mm PE ortatəzyiqli yeraltı qaz xəttində kipliyin sınağı məqsədilə əlaqədar iyunun 5-də saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək Hacıqabul rayonunun Paşalı-1, Paşalı-2, Cəngən, Tava, Tağlı, Qubalı kəndlərində (1 545 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.