Anar Kərimov bu şəxsi yüksək vəzifəyə təyin etdi

10:59 - 08 Dekabr 2021

Anar Kərimov bu şəxsi yüksək vəzifəyə təyin etdi

Şəmkir Regional Mədəniyyət İdarəsinə yeni müdir təyin olunub.

Manset.az-ın məlumatına görə, bu barədə mədəniyyət naziri Anar Kərimov əmr imzalayıb.

Əmrə əsasən, Azər Rəcəbov Şəmkir Regional Mədəniyyət İdarəsinə müdir təyin edilib.

Qeyd edək ki, Şəmkir Regional Mədəniyyət İdarəsinin sabiq müdiri Zöhrab Adıgözəlov ötən ay öz ərizəsi ilə vəzifəsindən azad olunub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az