Səfərov qardaşlarının nəşi bu gün Bakıya gətiriləcək

11:17 - 30 İyun 2025

Səfərov qardaşlarının nəşi bu gün Bakıya gətiriləcək

“Azərbaycanın Yekaterinburqdakı Baş Konsulluğundan verilən son məlumata görə, bu gün Bakı vaxtı ilə 17:30-da qardaşlarım Hüseyn və Ziyəddin Səfərovların nəşini gətirəcək təyyarə yola düşəcək və 20:00 radələrində Bakıya çatacaq. Bir dəyişiklik olmasa, bu vaxta gözlənilir”.


Manset.az APA-ya istinadən xəbər verir ki, bu sözləri Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidməti tərəfindən keçirilən əməliyyat zamanı qətlə yetirilən şəxslərin qardaşı, “525-ci qəzet”in baş redaktor müavini Seyfəddin Hüseynli deyib.

Bildirilib ki, cənazələr “Ural Hava Yolları”  ilə Azərbaycana gətiriləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az