Azərbaycanda bu universitet illik təhsil haqqını ARTIRIR

21:58 - 15 İyul 2025

Azərbaycanda bu universitet illik təhsil haqqını ARTIRIR

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) növbəti tədris ili üçün illik təhsil haqqı artırılıb.


Manset.az Modern.az-a istinadla xəbər verir ki, artım həm bakalavriat və magistratura səviyyələrində müşahidə edilib.

"Burada bakalavriat və magistratura səviyyələrində bütün ixtisaslar üzrə təhsil haqqı 2300 manatdan 2400 manata, MBA proqramlarında isə 2500 manatdan 2700 manata qalxıb", - universitetdən "Azərbaycan müəllimi"nə verilən məlumatda deyilir.

Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Azərbaycan Texniki Universitetində (AzTU) isə artım olmayacağı bildirilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az