Razi Nurullayevlə kəndlilər arasında torpaq QALMAQALI - VİDEO

11:14 - 11 Avqust 2025

Razi Nurullayevlə kəndlilər arasında torpaq QALMAQALI - VİDEO

İmişli sakinləri örüş sahələrinin zəbt olunmasından şikayətçidirlər.

Manset.az 1xeber.media-ya istinadən xəbər verir ki, İmişli rayonunun Nurulu kənd sakinləri bildirirlər ki, onlara məxsus örüş sahələri Milli Məclisin deputatı Razi Nurullayev tərəfindən zəbt olunub.

Sakinlərin sözlərinə görə, ərazidə əvvəllər çox sayda yulğun ağacları olub. Lakin deputatın qardaşı və köməkçisi ilə birlikdə gecə saatlarında həmin ağacları kəsərək ərazidən çıxardıqları iddia olunur.

Məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət edilsə də, heç bir tədbir görülmədiyi bildirilir.

Ətraflı süjetdə:



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az