Bu qurumlar onlayn rejimə keçdi

12:32 - 17 Sentyabr 2025

Bu qurumlar onlayn rejimə keçdi

Hökumət Evində yerləşən dövlət qurumlarının əməkdaşları 5 gün müddətində onlayn rejimdə fəaliyyət göstərəcək.


Manset.az xəbər verir ki, Hökumət Evində yerləşən qurumlardan məlumatı təsdiqləyiblər.

Bildirilib ki, buna səbəb Formula 1 yarışları ilə əlaqədar ərazidə hərəkətin məhdudlaşdırılmasıdır.

Hökumət Evi yarışların keçirildiyi əsas zonada yerləşdiyindən sentyabrın 22-nə qədər binaya giriş qadağan olunub.

Əməkdaşların da məhz həmin gündən işə qayıdacaqları qeyd olunub.

Qeyd edək ki, Hökumət Evində bir neçə dövlət qurumu - Mədəniyyət Nazirliyi, Energetika Nazirliyi, İnsan Hüquqları üzrə Müvəkkili, Ailə, Qadın, Uşaq Məsələləri üzrə Dövlət Komitəsi, ADSEA tabeliyindəki Regional Su Meliorasiya Xidməti fəaliyyət göstərir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az