Taksi istifadəçilərinin sayı iki dəfə ARTDI

20:59 - 17 Dekabr 2021

Taksi istifadəçilərinin sayı iki dəfə ARTDI

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda avtobuslarla 925 910,3 min sərnişin daşınıb ki, bu da illik müqayisədə 6,2% azdır.

Dövlət Statistika Komitəsindən Manşet.az-a verilən məlumata görə, 2020-ci ilin yanvar-oktyabr aylarında avtobus nəqliyyatı ilə 986 801,1 min sərnişin daşınıb.
Məlumata görə, hesabat dövründə minik taksilərindən 80 412,6 min nəfər istifadə edib ki, bu da illik müqayisədə 2 dəfədən çox artım deməkdir. Belə ki, 2020-ci ilin yanvar-noyabr aylarında taksi xidmətlərindən 40 129,3 min nəfər istifadə edib.

Xatırladaq ki, ötən il ölkədə avtobuslarla 1 055 266,9 min sərnişin daşınıb ki, bu da illik müqayisədə 39,4% azdır. Hesabat dövründə minik taksilərinin xidmətindən 44 933,4 min nəfər istifadə edib ki, bu da 2019-cu ilin göstəricisi ilə müqayisədə 37,5% azdır. Azalma koronavirus pandemiyası çərçivəsində ötən ilin aprel ayından ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədardır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az