Məşhur yutuber ailəsi ilə Bakıda - FOTO

14:21 - 18 Dekabr 2021

Məşhur yutuber ailəsi ilə Bakıda - FOTO

Ailəsi ilə birgə dünyanı gəzən məşhur ərəb yutuber Xalid əl-Əmiri Bakıdadır.

Manşet.az xəbər verir ki, yutuber instaqram hesabında həyat yoldaşı Salama Məhəmməd və uşaqları ilə birgə Bakının tarixi İçəri şəhər ərazisində çəkilmiş fotoşəklini paylaşıb.

Yutuberin “Bakıda eniş. Azərbaycanla tanışlıq üçün həyəcanlıyam” şərhinə xeyli müsbət rəy gəlib. Bakının gözəlliyi, qutabı ilə məşhur olmasını qeyd edən izləyicilər ona xoş istirahət arzulayıblar.

Qeyd edək ki, Xalid əl-Əmiri BƏƏ-də dünyaya gəlib. 38 yaşlı yutuberin Salama Məhəmməd ilə evliliyindən Xəlifə və Abdullah adlı oğlanları var.

Youtube səhifəsində 2 milyona yaxın izləyicisi olan cütlük daha çox öz həyatları ilə bağlı gündəlik videoçarxları ilə məşhurdur.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az