Uzun müddətdir səhhətində problem olan meyxanaçı Ağakərim (Kərim Novruzov) yenidən insult keçirib.
Manşet.az xəbər verir ki, bu barədə onun həmkarı meyxanaçı Ağamirzə Məmmədov "Günün sədası" proqramında bildirib.
O deyib ki, Ağakərim bir həftə əvvəl yenidən insult keçirib: “Əsməyə başlayıb, gözləri qaraldı. Həkim gətiriblər, deyib, yenə insult keçirdi”.
Qeyd edək ki, 2017-ci ildə Ağakərimin beyninə qan sızıb. O, hazırda yataq xəstəsidir.