“Azərişıq” əhaliyə çağırış ETDİ

15:18 - 18 Dekabr 2021

“Azərişıq” əhaliyə çağırış ETDİ

“Azərişıq” ASC pandemiya dövründə insanlar arasında təmasın azaldılması məqsədilə elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə e-gov.az və azerishiq.az saytlarında elektron xidmətlər tədbiq edib.

Qurumdan Manşet.az-a verilən məlumata görə, noyabr ayında 436 abonent olmaqla cari ilin 11 ayı ərzində 4004 abonent elektron qaydada şəbəkəyə qoşulma üzrə müraciət edib.

“Azərişıq” ASC bu xidmətlərdən istifadə edərək yaşayış və ya iş yerini tərk etmədən, abonentlərin sağlamlığını düşünərək, onları xidmətlərdən onlayn yararlanmağa çağırıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az