Məlum olduğu kimi, Ali Attestasiya Komissiyası uzun illərdir Azərbaycanda elmi kadrların yetişməsində müstəsna rol oynayıb.
Elmin müxtəlif sahələrində ziyalı potensialının artmasında, ölkənin intellektual səviyyəsinin yüksəldilməsində böyük xidmətləri olan bu mötəbər qurumun fəaliyyəti cəmiyyətin ayrı-ayrı vətəndaşları tərəfindən birmənalı qarşılanmır. Bəzən AAK haqqında qərəzli, birtərəfli yanaşmalar, qeyri-obyektiv münasibət təəssüf hissi doğurur. Onu süründürməçilikdə, plagiat işlərdən imtina olunmasına görə ittihamlandırırlar. Şübhəsiz ki, böyük bir inkişaf mərhələsi keçmiş AAK-ın ayrı-ayrı dövrlərdə fəaliyyətində müəyyən çatışmazlıqların olması istisna deyil.
- “Prezident İlham Əliyevin ‘Əl-Ərəbiyyə’ müsahibəsi: Azərbaycanın geosiyasi vizyonu və strateji mesajları”
- Məşhur türk aktyoru illər sonra göründü
- Lavrov: Zelenski rusdilli və digər azlıqların hüquqlarını unutmamalıdır
- "Putin bir neçə əsas arqument gətirir, daha sonra gözlənilməz və kəskin hücum edir" – Sabiq baş nazir
Faktiki olaraq AMEA kimi AAK- a da Kardinal kuratorluq edib.Neçə adamları xoşbəxt, neçəsini bədbəxt edib. Bununla belə, hal-hazırda quruma bir neçə il öncə təyin olunmuş professor Famil Mustafayevin işinə məsuliyyətlə, obyektiv yanaşması bu qurum haqqında yanlış fikirləri alt-üst edir. F.Mustafayev rəhbərliyi dövründə qurumda baş verən müsbət dəyişikliklər və orada çalışan elmi kadrların yeniləşməsi bizdə belə bir qənaət formalaşdırır ki, AAK getdikcə öz fəaliyyətini dünya standartları formasında qurub və Azərbaycan elminin inkişafına təminat yaradır.
Cəmiyyətdə yaranan fikir ayrılığı zənnimcə bir sıra obyektiv səbəblərlə bağlıdır. Hər şeydən öncə, biz ilkin mərhələyə, yəni fəlsəfə və elmlər doktorlğu işlərinin hazırlanması prosesinə diqqəti yönəltməliyik. Biz günahı ən son mərhələ olan AAK-da deyil, dissertasiyaların yazılması və hazırlanması mərhələsindəki boşluqlarda axtarmalıyıq. Burada dissertantın və yaxud doktorantın elmi bilik və bacarığı, potensial imkanları, istedadı və başqa keyfiyyətləri önəmlidir.
Çox təəssüf ki, bəzən bu keyfiyyətləri özündə əks etdirməyən şəxslər də elmi ad almaq həvəsilə müxtəlif yollar axtarırlar. Əfsus ki, illər öncə bir çox savadsız məmurlar vəzifələrindən sui- istifadə edərək dissertasiyar yazdıraraq elmi dərəcə və adlar alıblar.İndi də utanmadan bu saxta adlarla fəxr edib, universitetlərdə dərs deyirlər.
Saxta akademiklərin, məmurların içindən xəbərsiz olduqları dissertasiyalarına görə aldıqları elmi dərəcələri AAK ləğv etməlidir.İndi sosial şəbəkələrdə dövlət çevrilişində suçlanan, elmi biliyi magistr səviyyəsindən də aşağı olan geydirmə. ” akademik”, Milli Məclisə olduğu kimi AMEA- nın həqiqi və müxbir üzvlüklərinə aldığı çemodanlar hesabına öz adamlarını dürtüb, seçdurib, təyin elətdirub.İndi həmin yaxşılıq itirənlər keçmiş, indiki və gələcək cinayətlərini qorumaq, vəzifələrini, varidatlarını itirməmək üçün ən çox kardinalın arxasınca nə gəldi yazırlar.Vəzifədə olanda dövri mətbuatda əbədi ” qara suyahıda olmağıma baxmayaraq sözümü demişəm.
AMEA bölünəndə icmiai mövqeyi olmayan məddahlar bu parçalanmanı ürəklərincə olmasa da yaltaqcasına dəstəkkədilər.Mən isə belə bir misralı şeir yazdım: Qoca kardinallar dağıtdı onu.Etirazımı poetik sözlə bildirdim.2021- ci ildə ona ithaf etdiyim ” Səbr edək” adlı başqa bir şeirim saytlarda dərc olundu.O şeiri hörmətli oxucular burada bir daha sizə təqdim edirəm:
SƏBR EDƏK
Ölkədə nə çoxdur şərəfsiz, nadan,
Bunlarla bacarmır, Vallah, yaradan.
Nə Allah bilirlər, nə də ki, Quran,
Səbr edək, bunların kökü kəsilər.
***
Bunların tumunda, yəqin, var calaq,
Acizin zalımı, güclüyə yalaq,
Sonumuz məzarda darısqal otaq,
Səbr edək, bunların kökü kəsilər.
***
Ailəsi, tayfası hazıra nazir,
Harın məmurlardır, milləti əzir,
Övladlar Dubayda, Parisdə gəzir,
Səbr edək, bunların kökü kəsilər.
***
Sapı özümüzdən olan baltalar,
Bunlar gecə-gündüz xalqı baltalar,
Çox dərd eyləsək biz bağrı çatladar,
Səbr edək, bunların kökü kəsilər.
***
Halal çörək ömrümüzün naxşıdır,
Vahid deyərdi ki, Vətən yaxşıdır,
Ədalət olmasa, kəfən yaxşıdır,
Səbr edək bunların kökü kəsilər.
***
Əcaib doğulsa insan anadan,
Məzarda düzəldər onu Yaradan,
Millət artıq seçir ağı qaradan,
Səbr edək, bunların kökü kəsilər.
***
Zaman bir qamçıdır, biz də fırfıra,
Fırlada-fırlada aparır gora,
Az qalıb həriflər düşürlər tora,
Səbr edək, bunların kökü kəsilər.
***
Bu dünyada kim çəkirsə zəhməti,
El içində o, qazanır hörməti,
Allahdan səs gəldi mənə xəlvəti,
Səbr edək, bunların kökü kəsilər.
(Müəllif: Vüqar ƏHMƏD
3 mart, 2021.TAZARLAR AZ)
Karantin qaydalarını pozub nəvəsinə toy edəndə bəzi TV- lərin “,Xəbərlər” proqramları kardinalı yıxıb- sürüməyə məni dəvət etsə də etiraz etdim.Bildirdim ki, toya, iki gəncin icdivacına ancaq xeyur- dua verə bilərəm.Kardinal haqqında, əleyhinə indi çoxu yazır, bəzilərinin səmimiliyinə inanmırıq, təhsil eksperti, sabiq millət vəkili Efibar Əliyevdən və bəzilərindən başqa.Bu insan bizim kimi maaşla dolanan kasıb elm adamıdır.Yenə belə şəxslər var, şübhəsiz, siyahını artırmaq olar.
Sevimli prezidentimiz şübhəsiz bu mənzərəni seyr edir.Kardinalın yaxşılıqlarını itirərək 1 dəqiqəyə satanlar dövləti, Vətəni 100 dollara, bir kasa bozbaşa satarlar, bəlkə də satıblar.
AAK rəhbərliyindən xahişimiz odur ki, əziyyəti çox olsa da bir Komissiya yaradıb bu saxta alimlərin dissertasiyalarının siyasi, elmi yonümünü dəyərləndirib bu işləri plagiat proqramından keçirtdirsin.Çünki ötən illərdə belə proqram olmayıb.
Kardinalın tarixi mövzuda ” yazdığı” monoqrafiyaları da bizim akademiyanın qonorar müqabilində bir əməkdaşı yazıb- həmin müəllifin özünün elmi dərəcəsi yoxdur… Nə isə… Bu məqamda elmi rəhbərlərdən çox şey asılıdır. Əsas məsuliyyət onların üzərinə düşür. Çünki onlar kimə rəhbərlik etdiklərini dəqiq müəyyənləşdirməli və yetişdirdikləri kadrların gələcəyini görməlidirlər.Bir çox saxta akademiklər, makler ” alimlər” onlarla doktoranta ” rəhbərlik” ediblər.
Bəzi hallarda dissertant və doktorantın elmi-nəzəri hazırlığı ona rəhbərlik edən “alim”dən daha yüksək olur. Cəmiyyət üçün deyil, yalnız özü üçün “çalışan” belə üzdəniraq alimləri elm aləminə gətirməyə ehtiyac yoxdur.
Bununla yanaşı, hazırlanan hər bir dissertasiya bir neçə mərhələdən keçir. İlkin müzakirədən başlayaraq seminardan, ekspert rəyindən keçərək nəhayət, müdafiə mərhələsinə gəlib çatır. Əlbəttə, elmi rəhbərin, opponentlərin iş haqqında həlledici və önəmli müsbət rəyləri olmadan iş müdafiəyə buraxıla bilməz. Buna görə də zəif və yaxud plagiat dissertasiyaların AAK-a gedib çıxması təəccüb doğurur.
Axı belə işlər elmi rəhbərin, elmi şuraların müzakirəsindən keçmiş olur. Necə ola bilər ki, bu qədər zəif işlər bir neçə mərhələdən keçib AAK-a gedib çata bilir?! Bu, ya diqqətsizlik və məsuliyyətsizlikdir, ya da ki, qəsdən neqativ hallara göz yummaqdır. Buna görə də bütün elmi rəhbərlərə, elmi şura üzvlərinə, opponentlərə müraciət edirəm, onlar öz işlərinə məsuliyyətlə yanaşsınlar ki, sonda günahkarı başqa yerdə axtarmayaq. Sevindirici haldır ki, bizim Şurada belə hallar yoxdur və AAK həmişə bizim Müdafiə Şurasını nümunə göstərir, dəyərləndirir.
Onu da xatırladım ki, çalışdığım AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Dissertasiya Şurası və onun rəhbəri AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin məqsədyönlü işi sayəsində institutumuzda dissertasiya işləri yüksək səviyyədə yerinə yetirilir və yuxarıda qeyd etdiyimiz mərhələlərdən müvəffəqiyyətlə keçir. İstərdik ki, digər Şuralar da öz işlərini məhz bizim Dissertasiya Şuramız kimi obyektiv və yüksək səviyyədə qursunlar.
Doğrudur, ola bilsin bir nə vaxtsa AAK-da yerində olmayan mütəxəssislər çalışmış və qurum haqqında mənfi rəy yaratmışlar.Ola bilər indi də bir- iki nəfər var, AAK- nın adına xələl gətirirlər.Bəzən haqsız süründərməçilik, imtinalar haqqında eşidirik.Diqqətli olmaq lazımdır. Lakin bugünki mövcud qurumun fəaliyyəti bizdə belə bir inam yaradır ki, Famil Mustafayev və onun seçdiyi kadrlar işlərinə daha obyektiv və məsuliyyətlə yanaşır, Azərbaycan elminin inkişafına öz töhfələrini verirlər.Sədr müavini Sakin Cabarov,AAK- nın Humanitar Elmlər şöbəsinin müdiri Oktay Səmədov, Humanitar Elmlər üzrə Ekspert Komissiyasının sədri professor Mahirə Nağızının obyektiv , gərgin fəaliyyətndəni əksəriyyət razıdır.Humanitar sahədə çalışdığımdan bu komissiyanın işinə daha yaxından bələdəm.AAK rəhbərinin sosial şəbəklərdə canlı yayımla iddiaçıların suallarını cavablandırması obyektivliyin, məmur sadəliyinin bariz nümunəsidir. Buna görə də hal-hazırda AAK-ın öz fəaliyyətini davam etdirməsinə və bu qurumun mövcudluğuna böyük ehtiyac duyulur və fəaliyyəti elmin inkişafına, tərəqqisinə xidmətin təzahürü,örnək nümunəsidir.
VÜQAR ƏHMƏD
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
Mətbuat tarixi və publisistika şöbəsinin müdiri və həmin institutun filologiya üzrə
İxtisaslaşdırılmış Dissertasiya Şurasının üzvü,filologiya elmləri doktoru, professor, BEA-nın akademiki
 
                                 
                                 
                                 
                                 
             
                 
                                 
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                            