Bakının 2 rayonunda qaz olmayacaq

09:50 - 25 Dekabr 2025

Bakının 2 rayonunda qaz olmayacaq

Bu gün Bakının Sabunçu və Xətai rayonlarında bəzi ərazilərin qaz təchizatında fasilə yaranacaq.


Bu barədə Manset.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, saat 10:00-dan etibarən paytaxtın Sabunçu rayonu üzrə Kürdəxanı kəndinin, T.Adıgözəlov, M.Sənani, G.Qurbanova və Ə.Məlikov küçələrinin, Balaxanı, Sabunçu, Bilgəh qəsəbələrinin bir hissəsinin, Xətai rayonu üzrə isə M.Hadi, Şirvani, Qaçaq Nəbi küçələrinin və kənd Əhmədlinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az