Son 2 saatda İrandan Azərbaycana təxliyə edilənlərin SAYI 

19:25 - 02 Mart 2026

Son 2 saatda İrandan Azərbaycana təxliyə edilənlərin SAYI 

Martın 2-si saat 17:00-dan 19:00-dək "Astara" dövlət sərhəd buraxılış məntəqəsindən 100-də çox xarici ölkə vətəndaşı təxliyə olunub.


Manset.az xəbər verir ki, bunlar Rusiya, Çin və Pakistan vətəndaşlarıdır.

Təxliyə olunanlar arasında Rusiya vətəndaşları üstünlük təşkil edir. Son olaraq 70-ə yaxın Rusiya vətəndaşı Azərbaycandan keçməklə ölkələrinə yola salınıb.

Qeyd edək ki, ABŞ və İsrailin fevralın 28-də başlatdığı hərbi əməliyyatlar səbəbindən fevralın 28-dən martın 2-si saat 14:00-a qədər İrandan ümumilikdə 370 nəfər Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az