Bakıda yağışla bağlı bəzi sakinlər hotellərə yerləşdirildi

18:28 - 31 Mart 2026

Bakıda yağışla bağlı bəzi sakinlər hotellərə yerləşdirildi

Bakıda və qəsəbələrdə bir neçə gün ərzində yağan aramsız yağışlar nəticəsində bəzi ərazilərdə subasma halları müşahidə edilmişdir, bir çox yerlərdə yığılan sular artıq təmizlənsədə bəzi ərazilərdə bu iş davam etdirilir.


Manset.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, mövcud vəziyyətlə bağlı sakinlər tərəfindən rayon icra hakimiyyətlərinə müraciətlər daxil olub. Müraciətlər əsasında Sabunçu, Xəzər, Binəqədi rayonlarında təxliyə işləri aparılıb.

    Hazırda sözügedən rayonların qəsəbələrində xüsusi texnikalar vasitəsilə suyun çəkilməsi işləri davam etdirilir.

    Bundan əlavə, təhlükəli vəziyyətdə olan bəzi yaşayış məkanlarının sakinləri müvəqqəti olaraq hotellərə yerləşdirilib.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az