ADPU-nun tələbəsi 7-ci mərtəbədən yıxılıb öldü

15:27 - 07 Aprel 2026

ADPU-nun tələbəsi 7-ci mərtəbədən yıxılıb öldü

Abşeron rayonu Xırdalan şəhərində faciəvi hadisə baş verib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, dünən saat 10 radələrində 2007-ci il təvəllüdlü Esmira İsayeva yaşadığı “AAAF Park” yaşayış sahəsindəki 12 mərtəbəli binanın 7-ci mərtəbəsindəki mənzilin pəncərəsindən yıxılıb. O, hadisə yerində ölüb.

Esmira İsayeva Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika fakültəsində təhsil alırmış. O, fizika müəllimliyi ixtisasının I kurs tələbəsi olub.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az