Məşhur həkimə vəzifə verildi - FOTO

10:46 - 16 May 2026

Məşhur həkimə vəzifə verildi - FOTO

Məşhur kardioloq Afiyəddin İsgəndərova yeni vəzifə verilib.


Manset.az Qaynarinfo-ya istinadla xəbər verir ki, Afiyəddin İsgəndərov Səhiyyə Nazirliyinin akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Müalicə işlər üzrə direktor müavini - Baş həkimi təyin edilib.

Bununla bağlı səhiyyə naziri Teymur Musayev bir müddət əvvəl müvafiq əmr imzalayıb.

Qeyd edək ki, ötən ilin oktyabr ayında kardioloq Afiyəddin İsgəndərov öz xahişi ilə "Bilgəh" kardioloji sanatoriyasının direktoru vəzifəsindən ayrılmışdı. Hazırda "Bilgəh" kardioloji sanatoriyasının direktoru vəzifəsini Ləman Məlikova icra edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az