Mənzil bazarında yenidən bahalaşma - VİDEO

22:55 - 17 May 2026

Mənzil bazarında yenidən bahalaşma - VİDEO

Evlərin maya dəyəri artır. Buna görə də satış qiymətləri yüksəlir. Son bir ildə evlərin tikintisinə çəkilən xərclər azı 10 faiz artıb və bu, paytaxtda mənzillərin son bir neçə ildə kəskin bahalaşmasına təsir göstərib.


Manset.az Xezerxeber.az-a istinadən xəbər verir ki, ekspertlərin sözlərinə görə, mənzil bazarında qiymət artımı yaxın zamanda da davam edəcək. Bunun əsas səbəblərindən biri tikinti xərclərinin ildəən ilə artmasıdır. Xüsusilə də  böyük şəhərlərdə torpaq sahələrinin məhdudluğu da  tikintinin maya dəyərinə birbaşa təsir göstərir.

Elnur Fərzəliyev onu da bildirdi ki, çoxmərtəbəli binalardakı mənzillərlə yanaşı fərdi yaşayış evlərinin də qiyməti artıb.

Ekspert əlavə edib ki, köhnə binalar sökülən zaman  sakinlərə verilən yeni evlərin əlavə xərcləri də tikintinin maya dəyərini artıran səbəblərdəndir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az