logo
logo logo
logo

9 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu yenidən qurulur

19:48 - 06 İyul 2026

9 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu yenidən qurulur

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, Cəlilabad rayonunda Sərhədabad-Əliabad-Zəhmətabad-Soltankənd marşrutu üzrə avtomobil yolunun yenidən qurulması işləri davam etdirilir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən icra olunan, ümumi uzunluğu 18 kilometr olan layihə 7 mindən çox əhalinin yaşadığı 9 yaşayış məntəqəsini əhatə edir.

AAYDA-dan Manset.az-a bildirilib ki, layihə çərçivəsində indiyədək yolun 4,3 kilometrlik hissəsində torpaq işləri, 3,3 kilometrlik hissəsində isə yol əsasının alt qatının inşası tamamlanıb. Bununla yanaşı, yolun dayanıqlığını və təhlükəsiz istismarını təmin etmək məqsədilə 9 nöqtədə suötürücü boruların quraşdırılması işləri davam etdirilir. Tikinti prosesi müasir inşaat norma və qaydalarına uyğun şəkildə həyata keçirilir.

Layihə başa çatdıqdan sonra yaşayış məntəqələri arasında nəqliyyat əlaqələri daha da möhkəmlənəcək, gediş-gəliş rahatlaşacaq, hərəkət təhlükəsizliyi əhəmiyyətli dərəcədə artacaq. Yenilənən yol sakinlərin gündəlik həyatını asanlaşdırmaqla yanaşı, rayonun sosial-iqtisadi inkişafına da mühüm töhfə verəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az