logo
logo logo
logo

ADSEA-dan abonentlər üçün "5 sual, 5 cavab"

11:59 - 07 İyul 2026

ADSEA-dan abonentlər üçün \"5 sual, 5 cavab\"

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeli qurumu olan “İri Şəhərlərin Su Təchizatı” QSC abonentlərin ən çox ünvanladıqları suallarla bağlı növbəti "5 sual, 5 cavab" rubrikasını təqdim edib.


Manset.az xəbər verir ki, qurumun məlumatına görə, vətəndaşlar müxtəlif əlaqə vasitələri ilə su təchizatı xidmətləri barədə suallar ünvanlayır və operativ şəkildə cavablandırılır. Növbəti buraxılışda abonentlərin ən çox maraqlandıqları məsələlərə aydınlıq gətirilib.

- Mexaniki tipli sayğacın faktiki göstəricisi oxunmadıqda sərf edilmiş suyun həcmi hansı qaydada müəyyənləşdirilir?

İstehlakçı sukanal idarəsi nümayəndəsinin suölçən cihaza baxmasına şərait yaratmadıqda, sərf edilmiş suyun həcmi istehlakçının əvvəlki 12 aylıq dövrdə (istehlak dövrü 12 aydan az olduqda, faktiki istehlak dövrü üzrə) istifadə etdiyi orta istehlak normasına əsasən hesablama yolu ilə müəyyənləşdirilir. Bu normaya əsasən aparılmış hesabatlara sonradan müəyyən olunmuş suölçən cihazın faktiki göstəricisinə uyğun olaraq düzəliş aparılır. Düzəliş nəticəsində istehlakçının artıq ödədiyi məbləğ növbəti hesabatlarda nəzərə alınır. 

Eyni zamanda https://my.gov.az/ elektron hökumət portalına daxil olaraq “Əhali qrupu üzrə istehlakçıların sayğac göstəricilərini təqdim etməsi və hesab fakturaların formalaşdırılması” elektron xidmətindən istifadə etməklə mexaniki sayğacın faktiki göstəricisinə əsasən formalaşmış elektron bildiriş - faktura əldə edə bilərsiniz.

- Su təchizatı xidmətinin müvəqqəti dayandırılması və bərpasına dair hara və necə müraciət edim?

İstehlakçı suyun verilməsinin dayandırılması (su təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) və ya müqavilənin vaxtından əvvəl ləğv olunması (Sudan İstifadə Qaydalarının 8.4-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla) məqsədilə  https://my.gov.az/ elektron hökumət portalına, “Su təchizatı və tullantı sularının idarə olunması xidmətinin müvəqqəti dayandırılması və bərpası müraciəti” elektron xidmətinə, sukanal idarəsinə, ASAN Xidmət, ASAN Kommunal və Kiçik və Orta Biznes Evlərinə (KOB) müraciət etməlidir.  

5 iş günü müddətində müvafiq olaraq suyun verilməsinin dayandırılması və ya müqavilənin ləğv edilməsi barədə qərar qəbul olunur. İstehlakçıya suyun verilməsi həmin qərarın qəbul edildiyi gündən dayandırılmalıdır və istehlakçı sonuncu günədək istifadə etdiyi suyun dəyərini ödəməlidir.

- Su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulmaq üçün hara müraciət edim? 

ASAN Xidmət və ASAN Kommunal Mərkəzlərinə, Kiçik və Orta Biznes Evlərinə (KOB) müraciət etməlisiniz. 

 - Su istifadəsinə görə yaranan borc barədə necə dəqiqləşdirmə apara bilərəm? 

https://my.gov.az/ elektron hökumət portalında  “Borcun araşdırılması üzrə müraciət” elektron xidmətindən istifadə etməklə su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə abonent hesabınızda yaranmış borcun araşdırılması ilə bağlı müraciət edə bilərsiniz.

- Mexaniki sayğac işləmədikdə sərf edilmiş suyun həcmi hansı qaydada hesablanır?

Mexaniki sayğac işləmədikdə, yeni sayğac quraşdırılanadək istifadə olunan suyun həcmi, bundan əvvəlki 12 (on iki) ayda (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) sərf olunmuş suyun orta aylıq sərfi həcmində təyin edilir.

Siz https://my.gov.az/ elektron hökümət portalına  daxil olaraq “Su sayğaclarının təmiri və yaxud nasaz sayğacların dəyişdirilməsi müraciəti” elektron xidmətimizdən istifadə etməklə mexaniki sayğacın dəyişdirilməsinə müraciət edə bilərsiz.

Qeyd: “İri Şəhərlərin Su Təchizatı” QSC-nin “5 sual, 5 cavab” rubrikasında təqdim etdiyi iki maarifləndirici mətnin linkləri: 

https://isst.gov.az/news/0601202616 

https://isst.gov.az/news/2002202638


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az