logo
logo logo
logo

Gecəyarısı oyanmaq normaldırmı?

22:36 - 28 İyul 2026

Gecəyarısı oyanmaq normaldırmı?

Mütəxəssislər gecə ərzində bir neçə dəfə oyanmağın normal hal olduğunu və bunun əksər insanlarda müşahidə edildiyini bildirirlər.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, yuxu təxminən 90 dəqiqəlik dövrlərlə davam edir və sağlam insanlar gecə ərzində 2-4 dəfə qısa müddətə oyanırlar. Bu oyanışlar adətən bir neçə saniyə çəkdiyi üçün çox vaxt xatırlanmır.

Qeyd olunur ki, problem insan tam ayıldıqdan sonra yenidən yuxuya gedə bilməyəcəyi barədə narahat olmağa başlayanda yaranır. Bu zaman stress hormonu olan kortizolun səviyyəsi artır və yenidən yuxuya getmək daha da çətinləşir. Mütəxəssislər gecə oyanma zamanı təşvişə qapılmamağı tövsiyə edirlər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az