logo
logo logo
logo

Lənkəranda Amerika ağ kəpənəyi təhlükəsi - Sakinlər narahatdır

11:05 - 29 İyul 2026

Lənkəranda Amerika ağ kəpənəyi təhlükəsi - Sakinlər narahatdır

Lənkəran rayonunun Boladi kənd sakinləri Amerika ağ kəpənəyinin kütləvi yayılmasından narahat olduqlarını bildirirlər.


Manset.az xəbər verir ki, şikayətçilərin sözlərinə görə, zərərvericilər təkcə ağacları məhv etmir, artıq yaşayış evlərinə də daxil olur və gündəlik həyatı çətinləşdirir.

Vətəndaşlar bildirirlər ki, həyətlərdə hərəkət etmək belə çətinləşib. Belə ki, dəfələrlə fərdi qaydada dərmanlama işləri aparılsa da, ətraf ərazilərdə və yolkənarı ağaclarda da zərərvericilər geniş yayıldığından problem aradan qalxmır.

Sakinlər, xüsusilə azyaşlı uşaqların sağlamlığı ilə bağlı narahat olduqlarını qeyd edərək, aidiyyəti qurumların məsələyə təcili müdaxilə etməsini istəyirlər. Onların fikrincə, Amerika ağ kəpənəyinin geniş yayılması artıq fərdi deyil, ölkə səviyyəsində tədbir görülməsini tələb edən ciddi problemə çevrilib.

Nuranə Alisoy


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az