logo
logo logo
logo

Ali məktəblərə qəbul olanların siyahısı və keçid balları açıqlandı

15:35 - 26 Avqust 2026

Ali məktəblərə qəbul olanların siyahısı və keçid balları açıqlandı

Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının 6-cı nömrəsini nəşr edib.


Manset.az xəbər verir ki, bu barədə DİM-dən məlumat verilib.

Jurnalın yeni nömrəsində 2026/2027-ci tədris ili üzrə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı ixtisas qrupları üzrə təqdim olunub. I, II və III ixtisas qrupları üzrə qəbul olunanların siyahıları ayrıca jurnallarda, IV və V ixtisas qrupları üzrə qəbul olunanların siyahıları isə bir jurnalda dərc edilib.

Nəşrdə, həmçinin təhsilin ödənişli əsaslarla aparıldığı ixtisaslar və dövlət sifarişi əsasında ayrılmış yerlər üzrə müsabiqənin nəticələrinə əsasən formalaşan keçid balları əksini tapıb. Bundan əlavə, dövlət sifarişi əsasında ali təhsil müəssisələrinə və ixtisaslara qəbul olan abituriyentlərin bölgüsü, müsabiqədənkənar qəbul olunanların siyahısı və digər məlumatlar təqdim edilib.

“Abituriyent” jurnalının elektron versiyasını (PDF formatında) www.abiturient.az saytından əldə etmək mümkündür.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az